Bakıda bədbəxt hadisə: işçinin qolu amputasiya olundu

11:12 07.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.

İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub.

Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.